“İran münaqişələrin həllində diplomatik yola üstünlük verir, lakin eyni zamanda ölkənin silahlı qüvvələri mümkün təxribatlara qarşı yüksək hazırlıq vəziyyətindədir”.
Army.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
O qeyd edib ki, diplomatik proseslərin davam etdiyi şəraitdə İranın hərbi strukturları vəziyyəti diqqətlə izləyir və hər hansı təxribat halında cavab verməyə hazırdır.
Bəqayi əlavə olaraq keçmiş ali rəhbər Əli Xamenei ilə bağlı sualı cavablandıraraq bildirib ki, onunla bağlı iddialar ABŞ tarixində mənfi bir iz kimi qalacaq.
