Ev Hərbi XəbərlərUkraynada gizli silah şəbəkəsi ifşa olundu – minlərlə sursat ələ keçirildi

Ukraynada gizli silah şəbəkəsi ifşa olundu – minlərlə sursat ələ keçirildi

by Baş Redaktor
23 Baxış

Ukrayna Milli Polisi Ukrayna üzrə 20 gizlədilən yer (Sxron) aşkarlayıb və 1000-dən çox silah-sursat müsadirə edib.

Army.az xəbər verir ki, hüquq-mühafizə orqanları müxtəlif bölgələrdə 180-dən çox axtarış aparıb, 32 nəfərə qanunsuz silah saxlama və satışı ilə bağlı şübhə elan olunub.

Sxronlar həm cəbhəyanı ərazilərdə, həm də ölkənin qərb vilayətlərində aşkar edilib.

Təkcə bir həftə ərzində qanunsuz dövriyyədən aşağıdakılar çıxarılıb:
▪️154 ədəd atıcı silah;
▪️qumbara, mina və qumbaraatanlar — 904 ədəd;
▪️56,5 mindən çox patron və təxminən 80 kq partlayıcı maddə.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment