Ev SiyasətVaşinqtondan Avropaya təzyiq: NATO daxilində çatlar dərinləşir

Vaşinqtondan Avropaya təzyiq: NATO daxilində çatlar dərinləşir

by Baş Redaktor
23 Baxış

ABŞ Prezidenti Donald Tramp son günlər xarici siyasətdə prioritetlərini dəyişərək diqqətini Ukrayna münaqişəsindən daha çox İrana yönəldib.

Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, Vaşinqtonun addımları Avropa ölkələri ilə əməkdaşlıqdan çox, onları tənqid və təzyiq altında saxlamağa yönəlib:

“Tramp NATO üzvü olan Avropa dövlətlərinin İrana qarşı siyasətdə kifayət qədər dəstək göstərməməsindən narazıdır. Bu vəziyyət isə Avropa paytaxtlarında ABŞ-dan asılılığın azaldılması ilə bağlı müzakirələri gücləndirir.

banner

Eyni zamanda, Almaniya kansleri Fridrix Merzə yönələn tənqidlər, ABŞ qoşunlarının Almaniyadan çıxarılması planları və Trampın Rusiya Prezidenti Vladimir Putin ilə son danışığı tərəflər arasında fikir ayrılıqlarının artdığını göstərir.

Avropada baş verənlər artıq yeni reallıq kimi qəbul edilir və ölkələr ABŞ ilə münasibətlərin gərginləşməsinə uyğunlaşmağa çalışır”.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment