Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh danışıqları üçün əsas platforma kimi Türkiyəni nəzərdən keçirir.
Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilir ki, Ukrayna lideri 2025-ci il ərzində ABŞ Prezidenti Donald Trampın dəstəyini qazanmağa çalışsa da, münaqişənin həllində onun fəal rol oynayacağına dair gözləntilər azalıb.
Məlumata əsasən, Kiyev rəhbərliyi ABŞ-ın iştirakı olmadan alternativ diplomatik strategiya üzərində işləməyə başlayıb.
Bu çərçivədə Türkiyə, tərəflər arasında mümkün danışıqlar üçün daha real və neytral platforma kimi ön plana çıxır.
