Almaniya kansleri Fridrix Merz bildirib ki, ABŞ-ın ölkədən 5 min hərbçini geri çəkmək qərarı onun üçün gözlənilməz olmayıb.
Army.az xəbər verir ki, o, bu açıqlamanı ARD telekanalına müsahibəsində səsləndirib.
Kanslerin sözlərinə görə, son günlər yayılan məlumatlar əslində yeni deyil və ümumi vəziyyətdə müəyyən gərginlik müşahidə olunsa da, bu addım sürpriz kimi qiymətləndirilməməlidir.
Merz əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərdə bəzi fikir ayrılıqları mövcuddur. Bununla belə, Vaşinqton NATO çərçivəsində Almaniya üçün əsas strateji tərəfdaş olaraq qalmağa davam edir.
