Ev DünyaAİ–Ermənistan sammiti: Yeni siyasi mərhələ başlayır

Aİ–Ermənistan sammiti: Yeni siyasi mərhələ başlayır

by Baş Redaktor
9 Baxış

Avropa İttifaqı (Aİ) üçün Ermənistan xalqının öz taleyini müəyyən etmək azadlığını qorumaq mühüm əhəmiyyət kəsb edir və rəsmi İrəvan bu məsələdə Brüsselin dəstəyinə arxalana bilər.

Army.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Costa İrəvanda keçirilən Aİ-Ermənistan Sammiti çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşündə bildirib.

A. Costa mayın 4-də İrəvanda təşkil olunan Avropa Siyasi Birliyinin VIII sammitini və bu gün baş tutan ilk Aİ–Ermənistan sammitini tarixi əhəmiyyətə malik hadisələr kimi dəyərləndirib:

“Bu, Avropa İttifaqının Ermənistanla münasibətləri necə qurmaq istədiyinin aydın siqnalıdır. Ölkə yeni sülh dövrünə qədəm qoyub və demokratik sistemini möhkəmləndirib, bu isə ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli mühit yaradır”.

banner

Aİ Şurasının rəhbəri 2025-ci ilin dekabrında imzalanan strateji gündəlikdən sonra tərəflər arasında əlaqələrin daha da gücləndiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Aİ və Ermənistan təhlükəsizlik və müdafiə sahəsində sıx əməkdaşlıq edir, hibrid təhdidlərlə mübarizədə Avropa Sülh Mexanizmi vasitəsilə birgə səylər göstərirlər:

“Biz bu yolda birlikdə addımlayacaq və ümumi taleyimizin yeni mərhələsinə qədəm qoyacağıq. Ermənistan Avropanı Xəzər dənizi və Mərkəzi Asiya ilə birləşdirən regionlarımızda təməl rol oynayır”.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment