Ev ÖlkəPaşinyandan ilginc açıqlama: “Azərbaycanla 40 ildə ilk dəfədir ki…”

Paşinyandan ilginc açıqlama: “Azərbaycanla 40 ildə ilk dəfədir ki…”

by Baş Redaktor
25 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan artıq Azərbaycan ilə sülh vəziyyətindədir.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

“İlk dəfədir ki, Ermənistan və Azərbaycan eyni siyasi dili istifadə edir. Onilliklər ərzində davam edən düşmənçiliyi bir anda dayandırmaq mümkün deyil. 40 il ərzində tərəflər düşmən olub, buna görə də bu prosesi bir düymə ilə söndürmək real olmayacaq. Həm Ermənistanda, həm də Azərbaycanda hələ də keçmiş münaqişədən qalan ritorikalar mövcuddur, lakin bu, qaçılmaz keçid prosesinin bir hissəsidir ”, – deyə qeyd edib.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment