Ev Siyasətİrəvandan mesaj: Ermənistan Avropaya doğru irəliləyir

İrəvandan mesaj: Ermənistan Avropaya doğru irəliləyir

by Baş Redaktor
11 Baxış

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın qəti şəkildə sülh və rifah yolunu seçdiyini, çətinliklərə baxmayaraq demokratiyasını möhkəmləndirdiyini bildirib.

Army.az xəbər verir ki, o, bu fikirləri Ermənistan–Fransa strateji tərəfdaşlıq bəyannaməsinin imzalanmasından sonra səsləndirib.

Makronun sözlərinə görə, Ermənistan Avropa istiqamətində qətiyyətlə irəliləyir və hər zaman Avropa ailəsinin ayrılmaz hissəsi olub.

O qeyd edib ki, son iki gün ərzində baş verən hadisələr bu inkişafın Avropa siyasətində aydın şəkildə göründüyünü göstərir: “Bunları 8 il əvvəl təsəvvür etmək mümkün deyildi — Avropa Siyasi Birliyinin toplantısının və Ermənistan–Aİ sammitinin təşkil olunması kimi.”

banner

Makron əlavə edib ki, Ermənistanın bu istiqamətdəki irəliləyişi regionda yeni siyasi reallığın formalaşdığını göstərir.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment