Kanada Baş naziri Mark Karni İranla bağlı miqrasiya siyasətinə dair sərt açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan şəxslərin ölkəyə girişinə icazə verilməyəcək:
“Bu səbəbdən İrandan daxil olan viza müraciətləri xüsusi diqqətlə yoxlanılır və hər bir hal ayrıca araşdırılır. Ümumilikdə 17 min viza müraciəti nəzərdən keçirilib. Bu müraciətlərdən 170-i əlavə araşdırma üçün yönləndirilib, eyni zamanda İran agentləri ilə əlaqəsi şübhə doğuran 330 viza isə ləğv olunub”.
