Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Belarus barədə açıqlamasına münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Zaxarova deyib ki, Simonyanın sözləri Belarusun əldə etdiyi uğurlara qarşı “paxıllıq” kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, Belarusun vəziyyətini görmək üçün ölkəyə səfər etmək lazımdır və yalnız bundan sonra real fikir formalaşdırmaq mümkündür.
