Ev Dünyaİran Vaşinqtona qarşı çıxdı: “Əsassız tələblər irəli sürürlər”

İran Vaşinqtona qarşı çıxdı: “Əsassız tələblər irəli sürürlər”

by Baş Redaktor
14 Baxış

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ni Yaxın Şərqdə atəşkəsin əldə olunmasına mane olmaqda günahlandırıb.

Army.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

O, keçirdiyi mətbuat konfransında Vaşinqtonun Tehrana qarşı əsassız və qəbulolunmaz tələblər irəli sürdüyünü bildirib.

Bəqainin sözlərinə görə, İran ABŞ Prezidenti Donald Trampın bölgədə münaqişələrin tam dayandırılması ilə bağlı təşəbbüsünə sərt reaksiya verməyib.

banner

O qeyd edib ki, həmin təklif Pakistan vasitəsilə Tehrana çatdırılıb və İranın cavabı “olduqca ölçülü” xarakter daşıyıb.İran rəsmisi iddia edib ki, Tramp administrasiyası Tehranın bu mövqeyini qəbul etmədikdən sonra regionda təhlükəsizlik və sabitlik mühiti daha da zəifləyib.Bəqai əlavə edib ki, Yaxın Şərqdə gərginliyin artması Vaşinqtonun siyasəti ilə birbaşa əlaqəlidir.

Əlaqəli Yazılar Xüsusi