“Rusiya ilə Azərbaycan arasında son illərdə zəifləyən mədəni-humanitar münasibətlərin yenidən canlandırılması vacibdir”.
Army.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin rəhbəri Mixail Kalugin səsləndirib.
Rusiyalı diplomat bildirib ki, iki ölkə arasında tammiqyaslı əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmamalıdır.
Onun sözlərinə görə, mədəni və humanitar münasibətlər də strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri hesab olunur.Kalugin qeyd edib ki, son dövrlərdə bu sahədə müəyyən zəifləmə müşahidə olunur və hazırda əlaqələrin yenidən fəallaşdırılması üçün uyğun zamandır.
Diplomat əlavə edib ki, tərəflər arasında bir sıra perspektivli layihələr də müzakirə edilir.Bunlara Azərbaycan ərazisində Sankt-Peterburq Dövlət Universitetinin bazasında ortaq ali təhsil müəssisəsinin yaradılması, eləcə də Moskva və Bakıda səfirliklərin nəzdində məktəblərin açılması daxildir.
