Ev DünyaABŞ və Çin supergüc elan edildi — Moskvadan reaksiya

ABŞ və Çin supergüc elan edildi — Moskvadan reaksiya

by Baş Redaktor
11 Baxış

ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən “dünya supergücləri” açıqlamasına Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədr müavini Aleksey Çepa münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə o, “Lenta.ru”ya açıqlama verib.

Daha əvvəl Ağ Ev rəhbəri jurnalistlərlə söhbətində ABŞ və Çinin iki əsas dünya supergücü olduğunu deyib.

Çepa isə bildirib ki, Rusiya böyük imkanlara malik ölkədir və əsas vəzifə demoqrafik və sosial problemlərin həlli, eləcə də iqtisadiyyatın gücləndirilməsidir. Onun sözlərinə görə, bu addımlar Rusiya-nın ABŞ və Çinlə eyni sıraya çıxması üçün vacibdir.

banner

“Biz geri qalırıq,” — deyə o qeyd edib.

Əlaqəli Yazılar Xüsusi