Ev Hərbi XəbərlərTarixi iddia yenidən alovlandı: Bəhreyn mövzusu İranda gündəmdə

Tarixi iddia yenidən alovlandı: Bəhreyn mövzusu İranda gündəmdə

by Baş Redaktor
29 Baxış

İranda hökumətyönlü “Kayhan” qəzetinin baş redaktoru Hüseyin Şəriətmədari Bəhreynin yenidən İranın tərkibinə qaytarılması ilə bağlı hüquqi prosesin dərhal başladılmasını tələb edib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O, Bəhreynin hələ də İran ərazisinin bir hissəsi olub-olmaması ilə bağlı suallar səsləndirərək, bu istiqamətdə heç bir addım atılmamasını tənqid edib.

Şəriətmədari bildirib ki, İranın xarici siyasət gündəliyində bu məsələ dərhal yer almalıdır.

banner

O, həmçinin Bəhreynin ABŞ və İsrail üçün hərbi baza kimi istifadə olunduğunu iddia edərək narazılığını ifadə edib.

Qeyd edək ki, 1971-ci ilə qədər İran Bəhreyni öz ərazisinin bir hissəsi hesab edirdi, daha sonra isə beynəlxalq proseslər nəticəsində Bəhreyn müstəqil dövlət kimi tanınıb və Tehran onun suverenliyini qəbul edib.

Əlaqəli Yazılar Xüsusi