Ev DünyaPutin Çinə səfərə hazırlaşır

Putin Çinə səfərə hazırlaşır

by Baş Redaktor
22 Baxış

Rusiya Prezidenti Vladimir Putin 20 mayda Çinə bir günlük işgüzar səfər edəcək.

Army.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində təntənəli qarşılanma mərasiminin planlaşdırılmadığı bildirilir və bu addımın Moskva ilə Pekin arasında rutin təmasların bir hissəsi olduğu qeyd olunur.

Qeyd edilir ki, bu səfər Çin tərəfindən ABŞ və Rusiya liderlərinin eyni ayda, lakin müxtəlif vaxtlarda qəbul edilməsi baxımından diqqət çəkir. Mənbələrin fikrincə, bu vəziyyət Pekinin hər iki ölkə ilə münasibətlərini balanslı şəkildə idarə etməyə çalışdığını göstərir.

banner

ABŞ Prezidenti Donald Tramp isə 14–15 may tarixlərində Çinə səfər edib və artıq ölkəni tərk edib.

Əlaqəli Yazılar Xüsusi