Ev Hərbi XəbərlərUkrayna dronları Yeyskdə Be-200 amfibiya təyyarəsini məhv edib

Ukrayna dronları Yeyskdə Be-200 amfibiya təyyarəsini məhv edib

by Baş Redaktor
27 Baxış

Ukrayna dron bölmələri Rusiya Federasiyasının Krasnodar diyarında yerləşən Yeysk hərbi aerodromuna zərbə endirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri üzrə komandiri Robert Brovdi məlumat verib.

Bildirilib ki, 15 may gecəsi həyata keçirilən hücum zamanı Beriev Be-200 tamamilə məhv edilib, Kamov Ka-27 isə zərbəyə məruz qalıb.

Be-200 həm suda, həm də quruda eniş-qalxış edə bilən çoxfunksiyalı amfibiya təyyarəsidir və müxtəlif hərbi və xilasetmə missiyalarında istifadə olunur.

banner

Ka-27 helikopterinin isə əsasən sualtı qayıqlara qarşı əməliyyatlar və patrul missiyaları üçün nəzərdə tutulduğu qeyd olunur.

Hadisə ilə bağlı yayılan görüntülərdə Be-200 təyyarəsinin tam məhv edildiyi iddia edilir, Ka-27 helikopterinin isə zərər dərəcəsi hələ dəqiqləşdirilmir.

Əlaqəli Yazılar Xüsusi