Ev DünyaNATO sərhədlərində gərginlik: Çexiya prezidenti daha sərt cavab mexanizmləri təklif edib

NATO sərhədlərində gərginlik: Çexiya prezidenti daha sərt cavab mexanizmləri təklif edib

by Baş Redaktor
24 Baxış

Çexiya Prezidenti Petr Pavel NATO-nun şərq sərhədlərində təhlükəsizlik məsələlərinə daha sərt yanaşmanın vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə o, “The Guardian” qəzetinə müsahibəsində danışıb.

Məlumata görə, Pavel Rusiyanın alyansın şərq istiqamətində mütəmadi şəkildə NATO-nun reaksiyasını yoxlamağa çalışdığını iddia edərək, buna cavab olaraq alyansın daha qətiyyətli mövqe nümayiş etdirməli olduğunu bildirib. O, mümkün tədbirlər sırasında internet məhdudiyyətləri, bank sistemlərinin qlobal maliyyə mexanizmlərindən ayrılması və NATO üzvlərinin hava məkanını pozan təyyarələrə qarşı daha sərt addımların nəzərdən keçirilə biləcəyini qeyd edib.

Çexiya lideri eyni zamanda ABŞ Prezidenti Donald Tramp administrasiyasının siyasətinə münasibət bildirib. Pavel Vaşinqtonun Rusiyaya təzyiq siyasətində əvvəlki qətiyyətin görünmədiyini desə də, ABŞ prezidentini birbaşa hədəf alan açıqlama verməyib.

banner

Əlaqəli Yazılar Xüsusi