Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkə sərhədlərindən kənarda terrora qarşı növbəti əməliyyat həyata keçirib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, əməliyyat Suriya ərazisində və Suriya kəşfiyyat qurumları ilə koordinasiya şəraitində təşkil olunub.
Beynəlxalq axtarış siyahısında yer alan 10 nəfər saxlanılıb. Məlumata görə, həmin şəxslər barəsində “qırmızı bülleten” üzrə axtarış elan edilib.
Əməliyyatdan sonra saxlanılan şəxslərin Türkiyəyə gətirildiyi qeyd olunur.
