Ev Hərbi XəbərlərLivan-İsrail xəttində gərginlik artır: “Hizbullah” hücumları açıqladı

Livan-İsrail xəttində gərginlik artır: “Hizbullah” hücumları açıqladı

by Baş Redaktor
13 Baxış

“Hizbullah” silahlı qruplaşması açıqlayıb ki, İsrail tərəfinin atəşkəs şərtlərini pozmasına cavab olaraq son 24 saat ərzində İsrail hərbi qüvvələrinə qarşı 28 əməliyyat həyata keçirilib.

Army.az xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yayılan məlumatda bildirilib.

Açıqlamada qeyd olunub ki, “İslam müqaviməti” qüvvələri Livanın cənubunda yerləşən İsrail hərbi mövqelərini və şəxsi heyətin toplandığı əraziləri hədəfə alıb. Məlumata görə, Bint-Cübeyl rayonunun Dibl qəsəbəsində yerləşən 401-ci zirehli briqadanın qərargahı iki dəfə atəşə tutulub.

Bundan əlavə, Deyr-Siryan, Əl-Bəyyad və Əl-Kouzah istiqamətlərində yerləşən komanda məntəqələri və İsrail əsgərlərinin cəmləşdiyi sahələrin də vurulduğu bildirilib.

banner

Əlaqəli Yazılar Xüsusi