Ev DünyaRusiya bazarı olmadan Ermənistan nə itirəcək? – Rəqəmlər açıqlandı

Rusiya bazarı olmadan Ermənistan nə itirəcək? – Rəqəmlər açıqlandı

by Baş Redaktor
11 Baxış

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı halda ölkə ümumi ticarət dövriyyəsinin təxminən 40 faizini itirə bilər.

Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Agentlik Ermənistan üçün əsas risklərdən biri kimi ölkənin Aİİ-də üzvlüyü sayəsində əldə etdiyi ticarət imtiyazlarını itirməsini göstərib. Söhbət, o cümlədən, ittifaq ölkələri üçün tətbiq edilən vahid 5 faizlik aşağı gömrük tarifindən, eləcə də bəzi hallarda malların rüsumsuz idxalı hüququndan gedir.

Bildirilir ki, Ermənistan Avropa İttifaqına qoşulacağı təqdirdə bu üstünlüklərdən məhrum ola bilər. Yaxınlaşmanın digər mümkün nəticəsi isə Ermənistanın xarici ticarət strukturunda mühüm yer tutan Rusiya ilə ticarət dövriyyəsinin kəskin azalması riski kimi qiymətləndirilib.

banner

Belə ki, ötən il Ermənistanın Aİİ ölkələrinə ixracdan əldə etdiyi gəlirin əsas hissəsini Rusiya bazarı formalaşdırıb — ümumi 3,2 milyard dolların 2,9 milyard dolları Rusiyanın payına düşüb.

Ümumilikdə ötən ilin yekunlarına görə Ermənistanla Aİİ arasında ticarət dövriyyəsi 8,2 milyard dollar təşkil edib. Yerevanın digər tərəfdaşları ilə ticarət həcmi isə 13,2 milyard dollar olaraq qiymətləndirilib.

Beləliklə, analitiklərin hesablamasına görə, Ermənistan ittifaqdan çıxacağı halda ümumi ticarət dövriyyəsinin 38,5 faizini itirmək riski ilə üzləşə bilər.

Əlaqəli Yazılar Xüsusi