“Avropa ABŞ-ın dəstəyi olmadan Rusiya ilə birbaşa qarşıdurmadan qorxur”.
Army.az xəbər verir ki, bunu britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.
“Avropalıların Ukraynadakı hadisələrə niyə bu qədər sərt reaksiya verdiyini və Rusiyanın qələbəsindən niyə qorxduğunu anlamaq lazımdır. Amerikalılar geri çəkilir və çox güman ki, avropalılar ruslarla üz-üzə qalacaqlar”, – deyə ekspert bildirib.
Merkurisin sözlərinə görə, ABŞ Ukraynadan uzaqlaşmağa çalışdığı üçün artıq çatışmayan hava hücumundan müdafiə sistemləri üçün raketləri Kiyevə göndərməyə daha az meylli olacaq. Vaşinqton bu silahları daha vacib hesab etdiyi regionlara yönəldə bilər.
