Ev DünyaYaxın Şərqdə gərginlik artır: ABŞ və İran bir-birinə zərbələr endirdi

Yaxın Şərqdə gərginlik artır: ABŞ və İran bir-birinə zərbələr endirdi

by Baş Redaktor
23 Baxış

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində yerləşən radar sistemləri və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb.

Army.az xəbər verir ki, komandanlığın məlumatına görə, əməliyyatlar həftəsonu həyata keçirilib və ABŞ tərəfi bunu İranın “aqressiv hərəkətlərinə” cavab kimi qiymətləndirib.

Bildirilib ki, həmin hərəkətlər arasında beynəlxalq sular üzərində fəaliyyət göstərən ABŞ-a məxsus MQ-1 Predator pilotsuz uçuş aparatının vurulması da yer alıb.

CENTCOM-un açıqlamasında qeyd olunur ki, ABŞ qırıcıları İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və bölgədə təhlükə yaradan iki kamikadze dronu məhv edib.

banner

Eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın hücum həyata keçirdiyi bazaya cavab zərbəsi endirdiyini bildirib. İran tərəfinin məlumatına görə, hücum zamanı əvvəlcədən müəyyən edilən bütün hədəflər uğurla məhv edilib.

Əlaqəli Yazılar Xüsusi