Ev DünyaPrezident Dan: “Dron Rusiyaya məxsusdur”

Prezident Dan: “Dron Rusiyaya məxsusdur”

by Baş Redaktor
21 Baxış

Rumıniya Prezidenti Nicușor Dan Ukrayna sərhədi yaxınlığında düşən pilotsuz uçuş aparatının Rusiya mənşəli olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə “Agerpress” agentliyi məlumat yayıb.

Prezidentin sözlərinə görə, dövlət ekspertləri tərəfindən hazırlanan texniki hesabat dronun mənşəyinin Rusiya olduğunu göstərir. O qeyd edib ki, bu nəticə toplanmış texniki sübutlara əsaslanır.

Dan əlavə edib ki, tapılan fraqmentlər üzərində kiril əlifbası ilə yazılar aşkarlanıb və araşdırılan hissələr daha əvvəl Rumıniya ərazisində tapılmış və Rusiyaya məxsus olduğu təsdiqlənmiş Şahed-136 (Geran-2) tipli dronlarla tam uyğunluq təşkil edir.

banner

Əlaqəli Yazılar Xüsusi