İsrailin Cənubi Livanda həyata keçirdiyi hərbi əməliyyatları dayandırma ehtimalı müzakirə olunur.
Army.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya və radio şirkəti Kan məlumat yayıb.
Məlumata görə, bu addım ABŞ və İran arasında mümkün razılaşmanın formalaşması fonunda gündəmə gəlib.
Bununla belə, İsrail ordusunun hazırda bölgədən tam şəkildə çıxarılması planlaşdırılmır.
Məsələ ilə bağlı gələcək qərarların Livan hökuməti ilə birbaşa danışıqlar çərçivəsində müzakirə ediləcəyi bildirilir.
