“ABŞ ilə danışıqlarda İranın əldə etdiyi nəticələr qorunmalıdır”.
Army.az xəbər verir ki, bunu iranlı deputat Qasım Ravanbaxş deyib.
“Vaşinqtonla əldə oluna biləcək hər hansı razılaşma Tehranın son illərdə əldə etdiyi siyasi və hərbi nəticələri kölgədə qoymamalıdır. İran siyasi sistemini qorumağı bacarıb, Hörmüz boğazı üzərində nəzarətin qarşı tərəflərin əlinə keçməsinə imkan verməyib və regionda ABŞ bazalarına və İsraillə bağlı hədəflərə qarşı fəaliyyətini davam etdirib. Diplomatik proseslər əldə olunan “uğurların” möhkəmləndirilməsinə xidmət etməli, onları zəiflətməməlidir”, – deyə qeyd edib.