Ev GündəmQərb Ukraynaya hərbi yardımı genişləndirir

Qərb Ukraynaya hərbi yardımı genişləndirir

by Baş Redaktor
31 Baxış

G7 Sammiti çərçivəsində G7 ölkələri Ukraynaya göstərilən hərbi yardımın genişləndirilməsi barədə razılığa gəliblər.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Liderlərin yaydığı birgə bəyanata əsasən, Ukraynaya hava hücumundan müdafiə sistemləri, əlavə hərbi texnika və uzaqmənzilli silahların tədarükünün artırılması planlaşdırılır.

Sənəddə həmçinin Ukraynaya öz hərbi istehsal imkanlarını genişləndirmək üçün lisenziya və texnoloji dəstək verilməsi imkanının nəzərdən keçirildiyi bildirilir.

banner

Bundan əlavə, G7 ölkələri qarşıdan gələn qış mövsümündə Ukraynanın enerji sektoruna əlavə yardım göstərməyi də öhdələrinə götürüblər ki, ölkə enerji təhlükəsizliyini qoruya bilsin.

Əlaqəli Yazılar Xüsusi