Ev DünyaABŞ və İran arasında memorandum imzalandı: Trampdan ilk açıqlama

ABŞ və İran arasında memorandum imzalandı: Trampdan ilk açıqlama

by Baş Redaktor
19 Baxış

ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu rəsmən təsdiqlənib.

Army.az xəbər verir ki, sənəd ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən elektron qaydada imzalanıb.

Memorandumun imzalandığını həm Vaşinqton, həm də Tehran rəsmiləri təsdiqləyib.

Sənəd 60 günlük müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılmasını, İranla bağlı bəzi məhdudiyyətlərin yumşaldılmasını və ölkənin bərpasına yönəlmiş mexanizmlərin yaradılmasını nəzərdə tutur. Həmçinin tərəflərin bu müddətdə daha geniş razılaşma üzərində işləməsi planlaşdırılır.

banner

Fransadakı Versal sarayında jurnalistlərə açıqlama verən Tramp memorandumun artıq imzalandığını bildirib.

“Razılaşma imzalanıb. Mən sənədi indicə təsdiqlədim”, – deyə ABŞ lideri vurğulayıb. Eyni zamanda o, İranın öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə Vaşinqtonun sərt addımlar ata biləcəyini də qeyd edib.

Memorandumun altında İran Prezidenti Məsud Pezeşkianın da imzası yer alır.

Əlaqəli Yazılar Xüsusi