Ev DünyaUşakov: G7-də Trampa Ukrayna ilə bağlı yanlış məlumatlar verilib

Uşakov: G7-də Trampa Ukrayna ilə bağlı yanlış məlumatlar verilib

by Baş Redaktor
15 Baxış

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov G7 sammitində Ukrayna mövzusunun geniş müzakirə edildiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun sözlərinə görə, Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski sammit çərçivəsində ABŞ Prezidenti Donald Trampa Ukraynadakı vəziyyətlə bağlı müəyyən arqumentlər təqdim ediblər:

“Həmin yanaşmalar döyüş meydanındakı vəziyyətin Ukraynanın xeyrinə dəyişdiyi tezisinə əsaslanır və Moskva bu qiymətləndirmə ilə razılaşmır”.

banner

Bundan əvvəl Kanadanın Baş naziri G7 sammitinin yekunları fonunda Trampın Ukrayna məsələsində mövqeyində müəyyən dəyişikliklərin müşahidə olunduğunu bildirmişdi.

Tramp isə mövzu ilə bağlı sərt açıqlamalar verməsə də, Ukraynada raket əleyhinə sistemlər üçün texnologiyaların istehsalına dəstək göstərilməsi və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ehtimalını istisna etməyib.

Əlaqəli Yazılar Xüsusi