Ev DünyaPaşinyan : “Dedim ki, Hikmət Hacıyevlə görüşmək lazımdır”

Paşinyan : “Dedim ki, Hikmət Hacıyevlə görüşmək lazımdır”

by Baş Redaktor
17 Baxış

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmet Hacıyev arasında keçirilən görüşü mən tapşırmışam”.

Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən meyillər müşahidə olunurdu və tərəflər məhz bu risklərin idarə olunması ilə məşğul olurlar.

Baş nazir vurğulayıb ki, görüş zamanı heç bir tərəfə hər hansı izahat verilməyib. O, Azərbaycanın Ermənistanın daxili siyasi həyatı ilə bağlı məlumatlandırılması barədə iddiaları da rədd edib.

banner

“Armen Qriqoryana tapşırmışdım ki, azərbaycanlı həmkarı ilə görüşüb belə bir görüşə ehtiyac olub-olmadığını müzakirə etsin”, – deyə Paşinyan qeyd edib.

Əlaqəli Yazılar Xüsusi