Ev Hərbi TexnologiyaNATO bölgədə 360 dərəcəlik müdafiəni gücləndirir -Türkiyə ərazisində nə baş verir?

NATO bölgədə 360 dərəcəlik müdafiəni gücləndirir -Türkiyə ərazisində nə baş verir?

by Baş Redaktor
34 Baxış

NATO Türkiyənin Konya şəhərində əlavə hava hücumundan müdafiə imkanlarını işə salıb.

Army.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, alyansın tərkibində fəaliyyət göstərən İtaliyaya məxsus SAMP/T hava müdafiə sistemi Konya bölgəsində yerləşdirilib.

Bildirilib ki, yeni sistem İspaniya, Türkiyə, ABŞ və NATO-nun bölgədə mövcud olan digər hava müdafiə vasitələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Məqsəd alyansın hava məkanının qorunması və mümkün təhdidlərə qarşı 360 dərəcəlik müdafiə imkanlarının gücləndirilməsidir.

Nazirlik qeyd edib ki, bu addım NATO-nun kollektiv müdafiə strategiyasının tərkib hissəsi kimi həyata keçirilir.

banner

Əlaqəli Yazılar Xüsusi