İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə bütün əlaqələri kəsdiyini açıqlayıb.
Army.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Saar bildirib ki, Kallasın Meksikaya səfəri zamanı İsraili Cənubi Afrikadakı keçmiş aparteid rejimi ilə müqayisə etdiyini öyrənib və bunu ciddi bəyanat kimi qiymətləndirib.
İsrailin XİN başçısı qeyd edib ki, bir çox Avropa rəsmiləri bu müqayisəni pisləsə də, Kallas tərəfindən indiyədək nə təkzib, nə də izahat verilib.
“Buna görə də Kallasla bütün əlaqələri kəsməkdən başqa çıxış yolu görmürəm”, – deyə Gideon Saar vurğulayıb.
