ABŞ-ın vitse-prezidenti Cey di vens ABŞ və İran arasında əldə olunan sülh razılaşmasının şərtlərini tənqid edən İsrail tərəfinə sərt cavab verib.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Vens bildirib ki, hazırda dünyada İsrailə həqiqətən rəğbət bəsləyən yeganə dövlət başçısı ABŞ Prezidenti Donald Trampdır.
“Əgər mən İsrail hökumətinin üzvü olsaydım, dünyada qalan yeganə güclü müttəfiqimə hücum etməzdim”, – deyə o vurğulayıb.
Vens həmçinin xatırladıb ki, İsraili müdafiə edən silahların təxminən üçdə ikisi ABŞ-da istehsal olunub və Amerika vergi ödəyicilərinin vəsaiti hesabına alınıb.
