Ev DünyaErmənistanda prezident postu uğrunda savaş başlayıb – KİV

Ermənistanda prezident postu uğrunda savaş başlayıb – KİV

by Baş Redaktor
12 Baxış

Ermənistanda hakim partiya daxilində prezident postu uğrunda gizli mübarizənin başladığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu vəziyyət ölkə prezidenti Vaaqn Xaçaturyanın səhhətində ciddi problemlərin olması və onun səlahiyyət müddətinin sonuna qədər vəzifəsini icra edə bilməyəcəyi ilə bağlı yayılan məlumatlarla əlaqələndirilir.

Nəşrin iddiasına əsasən, prezident postuna baş nazirin aparat rəhbəri Arayik Artunyan, parlament spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan namizədlər kimi nəzərdən keçirilirlər.

banner

Qeyd edək ki, sözügedən məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib və Ermənistan hakimiyyəti tərəfindən bununla bağlı açıqlama verilməyib.

Əlaqəli Yazılar Xüsusi