21 iyun tarixində Qahirədə Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək.
Army.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb, lakin müzakirələrin gündəliyi açıqlanmayıb.
Görüş, bu gün İsveçrədə planlaşdırılan İran–ABŞ danışıqlarının təxirə salınması fonunda elan edilib.
Qeyd olunur ki, adıçəkilən ölkələr Yaxın Şərqdə gərginliyin azaldılması və eskalasiyanın qarşısının alınması istiqamətində diplomatik səylərdə iştirak edirlər.
