Ev Hərbi XəbərlərLivan cəbhəsində gərginlik: 4 hərbçi həlak oldu

Livan cəbhəsində gərginlik: 4 hərbçi həlak oldu

by Baş Redaktor
13 Baxış

Cümə gününə keçən gecə Livanın Kfar-Tebnit kəndində “Hizbullah” tərəfindən həyata keçirilən hücum nəticəsində İsrail ordusunun dörd hərbçisi həlak olub.

Army.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, hərbçilərin olduğu tank pilotsuz uçuş aparatı və ya tank əleyhinə raketlə vurulub. Bir neçə saat sonra isə həmin ərazidə komando bölməsinə dron zərbəsi endirilməsi nəticəsində daha beş israilli hərbçi yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Buna cavab olaraq İsrail ordusu Livanın cənub və şərq bölgələrində “Hizbullah”a məxsus onlarla hədəfə, o cümlədən komanda mərkəzləri və raket buraxılış qurğularına zərbələr endirdiyini açıqlayıb.

banner

Əlaqəli Yazılar Xüsusi