Ev DünyaKats: İsrail bu bölgədə qalacaq

Kats: İsrail bu bölgədə qalacaq

by Baş Redaktor
12 Baxış

İsrail Livanın cənubunda yerləşən təhlükəsizlik zonasındakı hərbi mövcudluğunu davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, İsrail müdafiə naziri İsrael Kats bu addımın ölkənin şimal sərhədində yaşayan əhalinin təhlükəsizliyini təmin etmək və mümkün hücumların qarşısını almaq məqsədi daşıdığını bildirir.

Məlumata görə, qərar “Hizbullah”ın son hücumları nəticəsində İsrail ordusunun dörd hərbçisinin həlak olması və bir neçə nəfərin yaralanmasından sonra açıqlanıb.

İsrael Kats vurğulayıb ki, İsrail qüvvələri Livanın cənubundakı ərazidə qalacaq.

banner

Onun sözlərinə görə, əsas məqsəd sərhəd bölgəsindəki təhdidləri neytrallaşdırmaq və silahlı qruplaşmaların infrastrukturunu sıradan çıxarmaqdır.

Əlaqəli Yazılar Xüsusi