Ev Hərbi TexnologiyaSakit okeanda yeni balans: ABŞ kəşfiyyat dronlarını Yaponiyaya köçürdü

Sakit okeanda yeni balans: ABŞ kəşfiyyat dronlarını Yaponiyaya köçürdü

by Baş Redaktor
28 Baxış

ABŞ Hərbi Hava Qüvvələri üç ədəd “RQ-4 Global Hawk” strateji kəşfiyyat pilotsuz uçuş aparatını Yaponiyanın Yokota Hava bazasına yerləşdirib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 ABŞ Hərbi Hava Qüvvələrinin 374-cü qanadının mətbuat xidmətinin məlumatına görə, bu PUA-lar əvvəlki illərdə uzun müddət Quam adasında yerləşdirilib və oradan əməliyyatlar həyata keçirib.

Bildirilir ki, yerləşdirmə prosesi 319-cu Əməliyyat Qrupunun 4-cü Kəşfiyyat Eskadrilyası tərəfindən idarə olunub. Köçürülmə may ayının sonlarında başlayıb və ilk aparat 27 may 2026-cı il tarixində Tokio yaxınlığındakı yeni xidmət yerinə çatıb.

banner

Məlumata əsasən, bu proses çərçivəsində təxminən 150 hərbi qulluqçu da Yaponiyaya göndərilib. Bu addım ABŞ-ın Sakit okean regionunda kəşfiyyat və monitorinq imkanlarını gücləndirməyə yönəlmiş yeni yerləşdirmə strategiyası kimi qiymətləndirilir.

Əlaqəli Yazılar Xüsusi