Ev DünyaABŞ-dan şok görüntülər: nüvə saatı belə dağıdıldı

ABŞ-dan şok görüntülər: nüvə saatı belə dağıdıldı

by Baş Redaktor
24 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı və terror fəaliyyəti ilə bağlı yeni videoçarx paylaşaraq diqqət çəkən mesaj verib.

Army.az xəbər verir ki, ABŞ Prezidenti həmin videonu özünün “Truth Social” platformasında yayımlayıb.

Paylaşım Vaşinqton və Tehran arasında mümkün razılaşma ehtimallarının müzakirə olunduğu dövrə təsadüf edib.

Videoçarxda 1979-cu ildən bəri davam edən gərginliklərə və İranın nüvə ambisiyalarına dair iddialar yer alır.

banner

Orada “İran 47 ildir hər il amerikalıları öldürür” kimi ifadələr səsləndirilir və keçmiş ABŞ administrasiyalarının siyasəti tənqid olunur.

Çarxın ən diqqətçəkən hissəsində isə ekranda görünən “nüvə saatı” “İran nə vaxt nüvə silahı əldə edəcək?” sualı səslənərkən çəkiclə dağıdılır və ardınca “Heç vaxt” mesajı verilir.

Əlaqəli Yazılar Xüsusi