Ev DünyaPutin: Bütün məsələləri ABŞ ilə müzakirə etməyə hazırıq

Putin: Bütün məsələləri ABŞ ilə müzakirə etməyə hazırıq

by Baş Redaktor
14 Baxış

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra Vaşinqtonun nümayəndə heyətinin Moskvaya səfəri gözlənilir.

Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

O qeyd edib ki, İran ətrafındakı proseslərin aktiv mərhələsi başa çatdıqdan sonra ABŞ rəsmilərinin Rusiyaya gəlməsi ehtimalı var.

Putinin sözlərinə görə, söhbət əvvəllər də Moskvada danışıqlar apardıqları nümayəndələrdən gedir.

banner

Rusiya lideri əlavə edib ki, Moskva ABŞ ilə dialoqu davam etdirməyə hazırdır və ikitərəfli gündəmdə olan bütün məsələləri ətraflı şəkildə müzakirə etməyə açıqdır.

Əlaqəli Yazılar Xüsusi