Ev Ekspert rəyiRusiyalı politoloqdan sensasion iddia: Zelenski hədəflər siyahısından çıxarılıb

Rusiyalı politoloqdan sensasion iddia: Zelenski hədəflər siyahısından çıxarılıb

by Baş Redaktor
49 Baxış

Rusiyalı politoloq Valentin Filippov Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı diqqətçəkən iddia irəli sürüb.

Army.az xəbər verir ki, o, “Tsarqrad” nəşrində dərc olunan məqaləsində Rusiya Hərbi-Kosmik Qüvvələrinin Zelenskini hədəflər siyahısından çıxardığını iddia edib.

Filippovun fikrincə, Ukrayna hakimiyyəti kritik mərhələyə yaxınlaşdığı üçün belə bir yanaşma seçilib.

Politoloq, həmçinin qeyd edib ki, Ukraynanın səkkiz ölkə ilə sərhədi olsa da, onlardan yalnız Rumıniya və Moldova ilə münasibətləri nisbətən neytral xarakter daşıyır.

banner

Onun sözlərinə görə, Kiyevin qonşuları arasında birbaşa müttəfiqi yoxdur, əksinə, bir neçə ölkə ilə münasibətlər gərgin olaraq qalır.

Əlaqəli Yazılar Xüsusi