Böyük Britaniya hökuməti ölkənin müdafiə potensialını gücləndirmək məqsədilə bu sahəyə əlavə 15 milyard funt sterlinq (təxminən 19,8 milyard ABŞ dolları) ayıracağını açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs yeni müdafiə investisiya planını təqdim edərkən məlumat verib.
Nazirin sözlərinə görə, dəyişən qlobal təhlükəsizlik mühiti hökumətin büdcə prioritetlərinə yenidən baxmasını zəruri edib.
O bildirib ki, milli təhlükəsizliyin təmin olunması iqtisadi təhlükəsizliklə birbaşa bağlıdır və məhz bu yanaşma əsasında müdafiə xərclərinin artırılması qərara alınıb.
Reyçel Rivs vurğulayıb ki, əlavə maliyyə vəsaiti hökumətin müdafiə imkanlarını gücləndirmək və yeni təhlükəsizlik çağırışlarına daha effektiv cavab vermək strategiyasının tərkib hissəsidir.
