Ev Dünyaİrəvan açıqladı: TRIPP layihəsi icra mərhələsinə keçib

İrəvan açıqladı: TRIPP layihəsi icra mərhələsinə keçib

by Baş Redaktor
100 Baxış

Ermənistan Xarici İşlər nazirinin müavini Mnatsakan Safaryan ABŞ ilə birgə həyata keçirilən TRIPP (“Tramp marşrutu”) layihəsinin artıq icra mərhələsində olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Onun sözlərinə görə, layihə Ermənistan–ABŞ formatında reallaşdırılır və bununla bağlı müvafiq saziş artıq imzalanıb.

Safaryan Rusiyanın layihədə iştirak etmədən TRIPP-in səmərəli olmayacağı barədə səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib ki, bu məsələ ilə bağlı indidən hər hansı proqnoz verməyi doğru hesab etmir.

banner

“Gələcəklə bağlı indidən hansısa fərziyyələr irəli sürmək istəməzdim. Düşünürəm ki, buna ehtiyac yoxdur”, – deyə nazir müavini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi