Ev TexnologiyaABŞ-dan hərbi texnologiyada sıçrayış: MQ-9A “Reaper” hava hədəflərini vurdu

ABŞ-dan hərbi texnologiyada sıçrayış: MQ-9A “Reaper” hava hədəflərini vurdu

by Baş Redaktor
125 Baxış

ABŞ-ın “General Atomics” şirkəti və ABŞ Hərbi Hava Qüvvələri MQ-9A “Reaper” pilotsuz uçuş aparatına lazerlə idarə olunan APKWS (Advanced Precision Kill Weapon System) sursatını inteqrasiya edib.

Army.az xəbər verir ki, keçirilən sınaqlar zamanı sistem müxtəlif hava hədəflərinə qarşı uğurla tətbiq olunub və bir neçə fərqli atış ssenarisi icra edilib.

APKWS sistemi standart 70 mm-lik “Hydra” raketlərinin lazerlə idarə olunan dəqiq zərbə sursatına çevrilməsi prinsipi əsasında hazırlanıb. Bu texnologiya mövcud raket mühərriki, döyüş başlığı və buraxılış qurğularından istifadə etdiyi üçün tamamilə yeni raket istehsalına ehtiyac yaratmır.

Nəticədə sistem həm aşağı xərc, həm də yüksək dəqiqliklə hədəflərə zərbə endirməyə imkan verir və MQ-9A “Reaper” platformasının döyüş imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

banner

Əlaqəli Yazılar Xüsusi