108
İran hakimiyyəti ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində iyulun 6-da Tehran üzərində hava məkanını tamamilə bağlayacaq.
Army.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi Milli Mülki Aviasiya Təşkilatının rəhbəri Hosseyn Purfarzanəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, həmin gün İmam Xomeyni və Mehrabad beynəlxalq hava limanlarının fəaliyyətinin məhdudlaşdırılması da nəzərdə tutulur.