Türkiyə müdafiə sənayesinin inkişafını sürətləndirmək məqsədilə yeni investisiya proqramına start verib.
Army.az xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi HIT-30 proqramı çərçivəsində “İnnovativ Müdafiə Texnologiyaları” çağırışını elan edib.
Bu barədə ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır NATO Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda məlumat verib.
Nazirin sözlərinə görə, ümumi büdcəsi 5 milyard ABŞ dolları olan proqram müdafiə texnologiyaları sahəsində iri həcmli istehsal layihələrinə investisiyaların cəlb edilməsini və bu prosesin sürətləndirilməsini nəzərdə tutur.
Kacır bildirib ki, təşəbbüs innovativ şirkətlərin istehsal gücünün artırılmasına, yeni texnologiyaların inkişafına və yerli müdafiə sənayesinin daha da gücləndirilməsinə xidmət edəcək.
