Ev Hərbi XəbərlərRusiya səhvən öz “Ka-52 Alligator” helikopterini vurdu

Rusiya səhvən öz “Ka-52 Alligator” helikopterini vurdu

by Baş Redaktor
63 Baxış

Rusiyada pilotsuz uçuş aparatlarına (PUA) qarşı aparılan əməliyyat zamanı mobil hava hücumundan müdafiə bölməsi səhvən öz ordusuna məxsus “Ka-52 Alligator” hücum helikopterini vurub.

Army.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Məlumata görə, helikopter Ukraynaya məxsus PUA-ları izləyərək zərərsizləşdirməyə çalışdığı vaxt eyni ərazidə fəaliyyət göstərən quru mobil hava hücumundan müdafiə qrupu onu hədəf alıb.

Nəşr qeyd edir ki, bu cür “dost atəşi” halları daha əvvəl də baş verib. Lakin sözügedən hadisə məhv edilən texnikanın dəyərinə görə ən bahalı insidentlərdən biri hesab olunur.

banner

Əlaqəli Yazılar Xüsusi