Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavodunun yenidən hədəfə alındığı bildirilir.
Army.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat verib.
Moskva meri Sergey Sobyanin açıqlamasında səhər saatlarından etibarən paytaxta yaxınlaşan 50-dən çox pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini deyib.
Onun sözlərinə görə, bir neçə dron isə obyektə çata bilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə zavod ərazisində yanğın olduğu iddia edilir. Həm Ukrayna, həm də Rusiya müxalifinə yaxın mənbələr bu kadrlara istinad edərək hadisə barədə məlumat paylaşıblar.
