Ev Hərbi XəbərlərSobyanin yeni rəqəmi açıqladı: 180 PUA məhv edilib

Sobyanin yeni rəqəmi açıqladı: 180 PUA məhv edilib

by Baş Redaktor
32 Baxış

Moskva istiqamətində həyata keçirilən pilotsuz uçuş aparatlarının hücumunun miqyası genişlənməkdə davam edir.

Army.az-ın xəbərinə görə, Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxta yaxınlaşan Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından vurulanların sayı 180-ə çatıb.

Onun sözlərinə görə, səhər saatlarında hava hücumundan müdafiə qüvvələri əvvəlcə 137, daha sonra isə əlavə olaraq onlarla dronu zərərsizləşdirib. Son məlumatlara əsasən, məhv edilən pilotsuz aparatların ümumi sayı 180 olaraq qeydə alınıb.

Sobyanin qeyd edib ki, hava hücumundan müdafiə sistemləri hücumların qarşısını almaq üçün fəaliyyətini davam etdirir və Moskva istiqamətində vəziyyət nəzarət altında saxlanılır.

banner

Əlaqəli Yazılar Xüsusi