Ev Hərbi XəbərlərAİ Ermənistanda Tərəfdaşlıq Missiyasının fəaliyyətə başladığını elan edib

Aİ Ermənistanda Tərəfdaşlıq Missiyasının fəaliyyətə başladığını elan edib

by Baş Redaktor
113 Baxış

Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində yaradılmış Ermənistanda Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) fəaliyyətə başladığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, cari ilin aprel ayında təsis edilən missiya Ermənistana strateji və texniki istiqamətlər üzrə dəstək göstərəcək. Fəaliyyət çərçivəsində kibertəhlükəsizlik sahəsində imkanların gücləndirilməsi, xarici informasiya müdaxiləsi və manipulyasiya cəhdlərinə qarşı mübarizə, eləcə də qanunsuz maliyyə axınlarının qarşısının alınması əsas prioritetlər sırasında yer alır.

Missiyanın eyni zamanda dövlət qurumlarının institusional potensialının artırılmasına və müxtəlif dövlət strukturları arasında koordinasiyanın daha da təkmilləşdirilməsinə töhfə verməsi nəzərdə tutulur.

banner

Əlaqəli Yazılar Xüsusi