Tayvan administrasiyası ilə ABŞ arasında kamikadze tipli yüngül taktiki “Tszinfen-1” pilotsuz uçuş aparatının (PUA) birgə istehsalına dair ilkin razılıq əldə olunub.
Army.az xəbər verir ki, “Liberty Times” nəşrinin yaydığı məlumata görə, tərəflər gələcəkdə ortaq şəkildə istehsal edilərək ABŞ vasitəsilə beynəlxalq bazara çıxarıla biləcək hərbi texnika və silah sistemlərinin siyahısını müəyyənləşdiriblər.
Məlumata əsasən, bu əməkdaşlıq çərçivəsində ilk layihə kimi “Tszinfen-1” PUA-sının istehsalı nəzərdə tutulur.